Xocavənddə fəhlələri daşıyan avtomobil aşdı, 8 nəfər yaralandı

Xocavənd rayon Cəmiyyət kəndi ərazisində fəhlə daşıyan avtomobil aşıb, 8 nəfər yaralanıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Redaktor.az-a bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar xəstəxanaya çatdırılıb, onların arasında həyatını itirən yoxdur.
Araşdırma aparılır.