İntihar etmək istəyən şəxsi yaxınları xilas etdi

 09:00 03.04.2024     238

Bakının Sabunçu rayonunda intihar etmək istəyən şəxsi yaxınları xəstəxanaya çatdırıb.

Redaktor.az xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Cəbrayılov Rais Gülməmməd oğlu yaşadığı evdə özünü asıb.

Yaxınları onu azad edərək xəstəxanaya çatdırıb.

Həkimlərin verdiyi məlumata görə, R.Cəbrayılovun vəziyyəti kritikdir. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Prokurorluğu araşdırır.