Yük və minik maşınları toqquşdu, xəsarət alan var

 10:39 03.04.2024     313

Zaqatalada yük maşını ilə minik avtomobili toqquşub.

Redaktor.az xəbər verir ki, hadisə səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun Yeni Suvagil kənd ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan minik avtomobili eyni istiqamətdə hərəkət edən iritonnajlı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilində olan bir nəfər xəsarət alaraq Zaqatala xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala araşdırma aparılır.