İmtahanda az bal toplayan gənc evdən qaçdı - Yaxınları onu axtarır

 23:32 03.04.2024     398

Abşeron rayonunda 17 yaşlı gənc imtahandan az bal topladığı üçün evi tərk edib.

Redaktor.az xəbər verir ki, 21 Avqust 2007-ci il təvəllüdlü Mustafayev Hilal Hidayət oğlu 03.04.2024-cü il tarixində Ceyranbatan qəsəbəbəsində yaşadığı evdən çıxıb geri qayıtmayıb.

Məlumata görə, Hilal evi tərk etməzdən öncə məktub yazıb. O, bu hərəkətinə ötən gün nəticələri açıqlanan imtahandan aşağı bal toplamasını səbəb göstərib.

Hilalı görən şəxslərin bu nömrə ilə əlaqə saxlaması xaiş olunur: 0557082431 (qafqazinfo)