Külək Bakıda evin damını uçurdu, xəsarət alanlar var

 12:14 04.04.2024     286

Güclü külək Bakının Səbail rayonunun Əli Nəzmi küçəsi 2q ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin damını uçurub.

Redaktor.az "report"a istinadən xəbər verir ki, uçmuş dam evin içərisinə tökülüb.

Nəticədə iki nəfər - 22 yaşlı Əmiraslanov Murad İlham oğlu və 52 yaşlı Həsənova Gülbəniz Ərərstun qızı xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

2222