Yol kənarına aşan maşın yandı

 17:50 04.04.2024     313

Kürdəmir rayonunun Atakişili kəndində “ВАЗ” markalı minik avtomobili yol kənarına aşıb.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.