Bakıda iki avtomobil toqquşması nəticəsində 4 nəfər xəsarət alıb - TƏBİB

 23:10 04.04.2024     373

Aprelin 4-də saat 21:53 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Redaktor.az-a TƏBİB-dən bildirilib.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Hadisə nəticəsində 4 nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan 2 nəfər Kliniki Tibbi Mərkəzə, 2 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.