Azərbaycanda qazi aktyorun evi uçdu

 12:15 05.04.2024     421

Aktyor Eldar Bağırbəyovun evi uçub. 

Redaktor.az axsam.az-a istinadən bildirir ki, bu haqda aktyor özü məlumat yayıb. O bildirib ki, Yasamal rayonu ərazisində yerləşən ev yararsız hala düşüb. Hamamda tavan çökərək, digər evlərə də ziyan vurub. 

Evinin ayaqyolusunun belə yararsız halda olduğunu vurğulayan E.Bağırbəyov müvafiq qurumlardan yardım istəyib. 

Qeyd edək ki, E.Bağırbəyov Dövlət Akademik Rus Dram Teatrının aktyoru olub.

O, eyni zamanda Birinci Qarabağ Müharibəsi qazisidir.