Maşın vuran məktəbli qız öldü

 14:27 05.04.2024     493

Balakəndə 8 yaşlı uşağı avtomobil vuraraq öldürüb.

Redaktor.az bildirir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarında Balakən rayonunun Şərif kəndində Şamil Horcolov idarə etdiyi “QAZ-24” markalı avtomobil piyada, 2016-cı il təvəllüdlü S.Abdullayevanı vurub. Azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Araşdırma aparılır.