Bakıda məktəbli vəfat etdi
Bakıda daha bir məktəbli vəfat edib.
Redaktor.az publika.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Quliyev Çingiz Səbuhi oğlu xəstəxanada dünyasını dəyişib.
Bildirilib ki, martın 27-də yüksək temperaturla Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Bir neçə gün davam edən müalicəyə baxmayaraq, Ç. Ş. Quliyev vəfat edib.
Allah rəhmət eləsin!