Cəlilabadda 11 yaşlı uşağı maşın vurdu

 23:58 05.04.2024     487

Cəlilabadda minik avtomobili piyadanı vurub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Novrizalı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik maşını 2013-cü il təvəllüdlü A.Ağayevi vurub.

Ağır xəsarət alan yeniyetmə təcili tibbi yardım vasitəsi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər ona qapalı kəllə-beyin travması diaqnozu qoyub.

Hazırda onun müalicəsi reansimasiya şöbəsində davam etdirilir, vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı müvafiq qrumların araşdırması aparılır. (APA)