Bakıda yataqxana yanır, əraziyə 9 təcili yardım briqadası cəlb olunub - YENİLƏNİB

 10:35 06.04.2024     420

Bakıda yataqxanada baş verən yanğın söndürülüb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən binada yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli binanın birinci mərtəbəsində, ilkin hesablamaya əsasən, mənzildə 12kv.m sahədə otaq əşyaları və 24p.m elektrik naqilləri yanıb. Digər mənzillər yanğından mühafiə olunub.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 45 nəfər bina sakini təxliyə edilib.

TƏBİB-dən bildirilib ki, aprelin 6-da saat 09:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, Ceyhun Hacıbəyli 151 ünvanında, Xarici Dillər Universitetinin yataqxanasında yanğın baş verməsi səbəbi ilə çağırış daxil olub.

Hadisə yerinə dərhal 9 təcili yardım briqadası cəlb olunub.

 

***

FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küç., 150 ünvanında yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Redaktor.az FHN-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Azərbaycan Dillər Universitetinin yataqxanası yanır.

Redaktor.az xəbər verir ki, hadisə universitetin Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən yataqxanasında meydana gəlib.