TIR vuran fəhlə hadisə yerində can verdi
Qusar rayonunda avtomobil yolda işləyən fəhləni vurub öldürüb.
Redaktor.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya ödənişli avtomagistralın Qusar rayonu ərazisindən keçən hissəsində baş verib.
Beləki, həmin ərazidə elektrik xətlərində təmir işləri aparan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Abdullayev Şakir Sadıq oğlunu "TIR" vurub. Nəticədə yaralı aldığı bədən xəsarətlərindən hadisə yerindəcə ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.