10 odlu silah polisə könüllü təhvil verildi

 13:55 07.04.2024     510

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.