Goranboyda qadın qətlə yetirildi, oğlu şübhəli bilinir
Goranboyda qadın qətlə yetirilib.
Redaktor.az xəbər verir ki, Goranboy Polis Şöbəsinə rayonun Safıkürd kənd sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi ilə bağlı məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan bildirilib ki, A.Kazımovanın qətlində oğlu, 2005-ci il təvəllüdlü Şahin Əmrahov şübhəli bilinir.
O, polisə könüllü təslim olub.
Faktla bağlı araşdırma aparılır.