Şirvanda avtomobil velosipedçini vurdu

 21:15 07.04.2024     494

Şirvanda yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Şirvan Şəhər Təcili Yardım Məntəqəsinin yaxınlığında baş verib.

Velosipedlə hərəkətdə olan Şirvan sakini, 1972-ci il təvəllüdlü Məmmədov Vüsal Süleyman oğlunu avtomobil vuraraq ağır yaralayıb.

Müxtəlif xəsarətlər alan velosipedçi təcili yardım avtomobili ilə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən