Bakı sakini küçədə bıçaqlandı

 23:33 07.04.2024     430

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

Balaxanı qəsəbə sakini, 1986-ci il təvvəllüdlü Abbasov Ruslan Tofiq oğlu küçədə tanışı ilə dava zamanı bıçaq xəsarətləri alıb.

Yaralı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. (APA)

Vumart və Güvən reklamı Vumart Güvən