Azərbaycanda qadın körpüdən yıxılıb öldü

 09:59 08.04.2024     254

Şahbuz rayonunda qadın körpüdən yıxılaraq ölüb.

Redaktor.az xəbər verir ki, Şahbuz rayonunun Külüs kəndində qadın körpüdən yıxılaraq ölüb.

Hadisə ötən gün axşam rayonun Külüs kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Bağırova Bulqeyis Bağır qızı kənddə olan körpüdən çaya düşüb. Onun meyidi dünən gecə saatlarında kənd sakinləri tərəfindən çaydan tapılıb.

Faktla bağlı araşdırma aparılır.