Bakıda polis silahla ehtiyatsız davranaraq həyatını itirdi

 23:57 08.04.2024     391

Aprelin 8-də Bakıda polis nəfərinin silahla ehtiyatsız davranması nəticəsində ölümlə nəticələnən hadisə baş verib.

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a bildirilib ki, hadisə tabel silahını təmizləyərkən baş verib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq 1988-ci il təvəllüdlü polis nəfəri Ruslan Kazımov həyatını itirib.

Araşdırma aparılır.