Binanın damında meyit tapıldı

 12:36 09.04.2024     260

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının damında ölən 1 nəfərin meyitinin düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Redaktor.az xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit binanın damından düşürülərək aidiyyəti üzrə təhvil verilib.