Goranboyda tövlə yandı, mal-qara tələf oldu - FOTO

 18:26 09.04.2024     1009

Goranboy rayonu, Kəhrizli kəndində yanğın hadisəsi qeydə alınıb.

Redaktor.az "report"a istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Y.Rəhimova məxsus ümumi sahəsi 40 kvadratmetr olan, tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kvadratmetr sahəsi yanıb.

Hadisə zamanı 4 baş iribuynuzlu heyvan tüstüdən zəhərlənərək tələf olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürlərək tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

222222