Ağdaşda 5 yaşlı uşağı avtomobil vuraraq öldürdü

 10:41 10.04.2024     635

Aprelin 9-da saat 18 radələrində Ağdaş şəhəri ərazisində Tural Muradov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən piyada, 2019-cu il təvəllüdlü Ə.Hüseynovu vurub.

Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, piyada aldığı xəsarətlərdən bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən