Goranboyda qəzada xəsarət alanlar var

 17:12 11.04.2024     351

Naftalan-Səfıkürd yolunun Goranboy rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, avtomobillərin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Ə.Əsgərov və 1989-cu il təvəllüdlü C.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.