Kəlbəcərdə aşan yük maşınının sürücüsünün meyiti tapılmayıb - DİN

 12:07 12.04.2024     768

Kəlbəcər rayonu Comərt kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü deyilən sürücünün meyiti tapılmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə Regional qrupundan Redaktor.az-a verilən məlumatına görə, nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meytini sel sularının apardığı ehtimal edilir

Onun axatarışlarına başlanılıb.

Qeyd edək ki, bu gecə rayonun Comərt kəndində "HOVO" markalı yük avtomobilin idarəetmədən çıxaraq çaya aşması nəticəsində Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Sədıqov və Şirvan rayon sakini, 1981-ci il təvəllüdlü Rahim Şahbazov həlak olublar.

Onlar Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmışlar.

Faktla bağlı araşdırma aparılır.