Polisdən atla qaçmağa çalışdı - Həbs OLUNDU

 17:12 12.04.2024     486

Xüsusi icazə sənədi almadan, nəzarət postlarından yayınaraq özbaşına işğaldan azad olunmuş Ağdərə rayonu ərazisinə keçən şəxs həbs edilib. 

Redaktor.az bildirir ki, qaynarinfo-nun məlumatına görə, 1981-ci ildə Tərtər rayonunun Bayandur kəndində doğulmuş Namiq Kamilov (ad-soyad şərti) Ağdərə-Kəlbəcər rayonu istiqamətində yerləşən Dəvədaşı kəndi ərazisində atla gedərkən Kəlbəcər Rayon Polis Şöbəsinin post-patrul xidməti tərəfindən saxlanılıb. 

O, xüsusi icazəsi olmadan Ağdərə rayonu ərazisinə daxil olub, sənədləri yoxlanılmaq üçün polis əməkdaşları tərəfindən saxlanılarkən əvvəlcə özünü və sənədlərini təqdim etməkdən imtina edərək, atla qaçmağa çalışıb. Hadisə yerindən bir qədər uzaqlaşandan sonra atdan yıxılıb. Bu dəfə isə piyada hadisə yerindən qaçmağa çalışsa da, yorularaq polisə təslim olub. 

Məhkəmənin qərarı ilə Namiq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və 10 gün həbs cəzası alıb.