Ağdamda mina partlayışı zamanı xəsarət alan şəxslərin vəziyyətləri AÇIQLANDI

 20:54 12.04.2024     408

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan 1973-cü il təvəllüdlü Xəqani Allahverdi oğlu Teymurov əməliyyata alınıb.

Redaktor.az xəbər verir ki, X.Teymurov Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstə yaxınlarının verdiyi məlumata görə, ona sol baldırın aşağı üçdəbir hissəsinin amputasiyası diaqnozu qoyulub və əməliyyata götürülüb.

Qeyd edək ki, bu gün Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib ki, 1965-ci il təvəllüdlü Mirfəttah Bağır oğlu Bağırov və 1973-cü il təvəllüdlü Xəqani Allahverdi oğlu Teymurov keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hər iki şəxs ayağından xəsarət alıb. 

Xatırladaq ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru bildirib ki, işğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Mirfəttah Bağır oğlu Bağırovun vəziyyəti də ağırdır.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. (report)