Bakıda ata qızının sevgilisini boğub öldürdü - VİDEO

 09:31 13.04.2024     474

Bakıda kişi qızının sevgilisini boğaraq öldürüb.

Redaktor.az xəbər verir ki, həyat yoldaşı həyatını itirdikdən sonra Əkbər (adlar şərtidir) qızı Arzu ilə birlikdə yaşayırdı. Əkbər hər zaman olduğu kimi işə getmək üçün evdən çıxanda qızının qapının ağzında cavan bir oğlanla həmsöhbət olduğunu görür və Arzudan onun kim olduğunu soruşub.

Qızı isə onun tələbə yoldaşı Rahib olduğunu, söz soruşmağa gəldiyini bildirib. Elə həmin gün Əkbər işə gedəndən sonra Rahib onların evinə gəlir və evdə tək olan Arzu ilə yaxın münasibətdə olub.

Əkbər axşam evə gələndə qızına öyüd-nəsihət verib və ümumiyyətlə, gənc olduğu üçün hər şeydə diqqətli olmağı tapşırıb. Bir neçə gün sonra Əkbər işdə olanda Rahib yenə gizlincə onların evlərinə gəlir, Arzu ilə birlikdə olur. Həmin zaman Əkbər nahara evinə getməyə qərar verir, amma Arzu ilə Rahibin bundan xəbəri olmur.

Əkbər onları birlikdə yaxalayır və Rahibə qışqıraraq “sən nə hünərlə bura gəlmisən”, deyir. Rahib isə cavabında imtahana hazırlaşdıqlarını bildirib. Amma buna baxmayaraq, Əkbər onu təhqiramiz şəkildə evdən qovub. Qızına da qışqıraraq öz otağına keçməsini tapşırıb. 

Növbəti gün Əkbər yenə də işdəydi. Gözlənilmədən Rahib onun iş yerinə gəlir. Əkbər Rahibin onun yanına gəlməsinə və üzrxahlıq etməsinə əhəmiyyət vermir.

Bundan daha çox qəzəblənən Əkbər Rahibi maşınına otuzduraraq onunla təkbətək söhbət etmək istədiyini bildirir.

Avtomobili sürətlə idarə edən Əkbər yolboyu hara getdiklərini öyrənməyə çalışan Rahibi hədələyir və ağlındakı planı gerçəkləşdirmək üçün ən uyğun yeri axtarır.

Əkbər maşını sahibsiz bir ərazidə saxlayır və daha sonra Rahibi qarajdan götürdüyü kəndirlə boğaraq qətlə yetirir və meyitii yaxınlıqdakı gölə atır.

Daha ətraflı Baku TV-nin süjetində: