Bakıda məşhur maşın bazarı YANIR - FOTO

 14:24 13.04.2024     513

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində mağazada yanğın olması barədə ilkin məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.