İki məktəblini elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ

 16:39 14.04.2024     315

İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

Redaktor.az “APA”ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib.

Məktəbin həyətində 6-8-ci sinifdə oxuyan iki məktəbli elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.