Bakıda gənc oğlan bıçaqlandı

 23:58 14.04.2024     498

Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

261 saylı orta məktəbin yaxınlığında 1999-cu il təvəllüdlü Məmmədov Ülvi Ziyarəddin oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.