Pantomima Teatrının külli miqdarda vəsaitini mənimsəyən əməkdaşına bu cəza istənildi

 11:26 15.04.2024     400

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə təqsirləndirilən əməkdaşı Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

İttiham nitqi ilə çıxış edərək, prokuror Orxan Səmədov təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalında həbs edilməsini istəyib (report).