Goranboyda usta ehtiyatsızlıqdan yıxılaraq öldü
Goranboyda bədbəxt hadisə baş verib.
Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.
Kənd ərazisində yerləşən avtomobil təmiri sexində işləyən usta, 1974-cü il təvəllüldü Tahir Məhərrəmov ehtiyatsızlıqdan sexdə olan xəndəyə yıxılıb.
50 yaşlı usta aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.