Goranboyda qəzada 4 nəfər xəsarət aldı

 10:55 18.04.2024     1075

Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Redaktor.az xəbər verir ki, Goranboy şəhərinin çıxışında 2 avtomobilin toqquşması nəticəsində, 1990-cı il təvəllüdlü İ.Səfərov, 1993-cü il təvəllüdlü E.Quliyev, 1992-ci il təvəllüdlü E.Yaqubov və 1981-ci il təvəllüdlü E.Həsənəliyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini kafi və qənaətbəxş kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.