Bakıda oğul atasını küt alətlə döydü

 23:46 18.04.2024     332

Bakının Suraxanı rayonunda ailə-məişət zəmnində baş verən mübahisə zamanı yaşlı kişi başından ağır xəsarət alıb.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

1969-cu il təvəllüdlü Təhməzov Süleyman Sərxan oğlu yaşadığı evdə oğlunun hücumuna məruz qalıb.

Oğlu atasının başına küt alətlə ağır xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Fakt Suraxanı Rayon Polis İdarəsində araşdırılır.