Kürdə batan ata-balanın birinin meyiti tapıldı - VİDEO
Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Redaktor.az-a bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.