Qadını benzinlə yandırdı
![](https://img.redaktor.az/news/2024/04/photo_238348.jpg?v=MDQ6NTUyMDI0LTA0LTE5IDE1OjEwOjMx)
Tovuzda qadın ağır yanıq xəsarətləri alıb.
Redaktor.az APA-ya istinadən bildirir ki, rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyevin Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırdığı bildirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə nəticəsində T. Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.