Ələt-Astara yolunda qəza - xəsarət alanlar var

 19:01 19.04.2024     162

Cəlilabad rayonunda yol qəzası baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, qəza köhnə Ələt-Astara magistralında qeydə alınıb. İki "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.