Çindən Azərbaycana uçan sərnişinlər saatlardır aeroportda qalıb - VİDEO

 19:26 19.04.2024     183

Çinin Quançjou şəhərində yerləşən Baiyun hava limanında bir qrup azərbaycanlı çıxılmaz vəziyyətdə qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya aeroportda olan vətəndaşlarımızdan biri, iş adamı Ramal Şəmşədli məlumat verib.

O bildirib ki, hava limanında bir sutkadan artıq gözləyirlər: 

“Ötən gün buranın saatı ilə 12:30-da uçuşumuz olmalı idi. Əvvəl 2, sonra 3, daha sonra isə dedilər ki, 5 saat sonra uçacaqsınız. Demək olar ki, bizi bir sutka ac-susuz gözlətdilər. Burada sadəcə azərbaycanlılardır. 60-a yaxın azərbaycanlı var. Başqa heç bir ölkənin nümayəndəsi də yoxdur. İndi də bizə deyirlər ki, 3 gün gözləyəcəksiniz, sonra uçacaqsınız. Nə hotel dəstəyi verən var, nə də biletimiz geri qaytarırlar ki, biz başqa ölkə ilə uçuş edək. Burada yaşlı, uşaq, qadın var. Hamımız qalmışıq belə gözləyə-gözləyə. Heç bir səbəb də göstərilmir. Gah havanın pis olmasını səbəb gətirdilər, gah da dedilər ki, bizim uçuşumuz yoxdur”.