Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı

 09:58 20.04.2024     134

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri Ruslan Həsənov və Elşən Manafov saxlanılıblar.

Həmin şəxslərdən çəkisi iki kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Araşdırmalar zamanı R.Həsənovun və E.Manafovun narkokuryerlik etdikləri, onlardan aşkarlanan narkotikləri qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.