Rusiyada azərbaycanlı iş adamı öldürüldü - VİDEO

 20:16 20.04.2024     216

Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Balaşixada azərbaycanlı iş adamı Nazim Əhmədov güllələnərək qətlə yetirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, 60 yaşlı N. Əhmədov Sverdlova küçəsində öldürülüb.

Belə ki, iş adamı “Mersedes” markalı avtomobili ilə mağazaya yaxınlaşanda, qatil uzaq məsafədən beş dəfə atəş açıb, sonra naməlum istiqamətə qaçıb.

Bildirilir ki, N. Əhmədov son 13 ildə Sverdlova küçəsində yerləşən “Yunis” mağazasına rəhbərlik edib.