Gəncədə velosipedçi avtomobilə çırpıldı, xəsarət alan var

 21:38 20.04.2024     275

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Şəhər sakini 2007-ci il təvəllüdlü Elcan Quliyev velosipedlə hərəkətdə olan zamam "KİA " markalı minik maşınına çırpılıb.

Qəza zamanı velosipedi idarə edən E.Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.