Goranboyda qadını maşın vurdu

 21:10 23.04.2024     769

Goranboyda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1980-ci il təvəllüdlü N.Ələkbərovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)