İmişlidə yeniyetmə faciədən son anda xilas oldu - VİDEO

 23:51 23.04.2024     557

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib, idarəetmədən çıxan minik avtomobili marketə çırpılıb.

Redaktor.az Azərtac-a istinadən xəbər verir ki, hadisə İmişli şəhəri Koroğlu küçəsində qeydə alınıb. 

Belə ki, idarəetmədən çıxan “Mercedes” markalı minik maşını marketə çırpılıb. Hadisədən bir neçə saniyə öncə market qarşısından keçən yeniyetmə son anda qəzadan xilas olub.

Qəza zamanı xəsarət alan olmasa da, marketin giriş hissəsi dağılıb və nəqliyyat vasitəsi zədələnib. Qəzanın baş verməsi anbaan təhlükəsizlik kamerasına düşüb.

Görüntüləri təqdim edirik: