Bakıda orta məktəbdə yanğın oldu - 4 nəfər xəstəxanaya yerləşdirildi - VİDEO

 12:37 24.04.2024     854

Bakıda 153 №-li tam orta məktəbdə yanğın hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat baku.ws məlumat yayıb.

Bildirilib ki, yanğın məktəbin kitabxanasında qeydə alınıb. 

Hadisə ilə bağlı FHN Mətbuat xidmətidən isə bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 153 nömrəli məktəbdə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məktəbin 1-ci mərtəbəsində yerləşən kitabxanada elektrik kabeli, kitab rəfi və kitablar qismən yanıb. Təxliyəyə ehtiyac olmayıb" .

TƏBİB-dən bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub:

"1 nəfər stressə qarşı kəskin reaksiya (qadın cinsli), digər 3 şəxs isə (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərə isə (qadın cinsli) yerində yardım olunub".

Hadisə yerindən görüntüləri təqdim edirik: