23 yaşlı qızı qaçırana cinayət işi başlandı - FOTO

 15:40 24.04.2024     376

Bərdədə 23 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işi qaldırılıb.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, fakta görə Bərdə RPŞ-də Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Bərdə rayonunda 2001-ci il təvəllüdlü S. Abdullayeva 1979-cu il təvəllüdlü Fərhad Rzayev tərəfindən qaçırılıb.

O, daha sonra tapılaraq ailəsinə təhvil verilib.

23 yaşlı qızın qaçırılmasına görə