Bakıda binalarda yeni oğurluq üsulu - VİDEO

 17:41 24.04.2024     268

Bakıda cinayətkarlar binalardan oğurluğun yeni üsulunu tapıblar.

Redaktor.az xəbər verir ki, bu barədə "lent.az"a Xətai rayon, Əhmədli qəsəbə sakinləri məlumat veriblər.

Sakinlər binanın təhlükəsizlik kameralarına düşən görüntüləri təqdim ediblər.

Görüntülərdən məlum olur ki, binaya oğurluğa girən iki yeniyetmə təhlükəsizlik kamerasını görüb, geri qayıdıblar, liftlə yuxarı mərtəbəyə qalxıblar, oradan pilləkənlə kamera olan mərtəbəyə düşüblər. 

Daha sonra onlar kameranın altında yerləşən elektrik qutusuna yaxınlaşıb, işığı söndürüblər ki, kameraya düşməyib, oğurluqlarını rahat həyata keçirə bilsinlər. 

Lakin görüntülərdən də aydın olur ki, oğrular məqsədlərinə çatmayıblar, belə ki, işığı söndürmək üçün elektrik qutusuna yaxınlaşarkən simaları kameraya düşür. 

Sakinlər qeyd edirlər ki, bu taktika ilə 1 ay əvvəl binadan velosiped və skuter oğurlanıb. 

Hadisə ilə bağlı polisə məlumat verilib.