Müharibə iştirakçısı anasına görə özünü ÖLDÜRDÜ
Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.
Redaktor.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib.
Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizamlı əməkdaş kimi xarkterizə olunur. Ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəl öz raportu əsasında Daxili İşlər Orqanlarından xaric edilib.
Araşdırma aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətindən APA-ya təsdiqləyiblər.