Gənc model bədbəxt hadisədə öldü - FOTO

 11:46 26.04.2024     189

Bakıda gənc qız dəm qazından boğulub.

Redaktor.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib.

Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır (qafqazinfo).