Bakıda ev yandı

 09:29 27.04.2024     608

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.