“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edildi

 15:12 27.04.2024     475

“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı "Toplum TV"nin əməkdaşı Cavid Ramazanovun saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

DİN rəsmisinin sözlərinə görə, iştirakı ilə zəruri istintaq hərəkəti keçirilməsi üçün C.Ramazanov şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub.